Əli Əsədov Mərakeşin yeni hökumət başçısını təbrik edib
Azərbaycanın Baş naziri Əli Əsədov Mərakeşin hökumət başçısı vəzifəsinə təyin olunan Fatimə Əzzəhra Əl-Mənsurini təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfirliyinin “X” sosial şəbəkəsində paylaşıb.
Təbrik məktubunda Əli Əsədov Fatimə Əl-Mənsuriyə yeni vəzifəsinin icrasında uğurlar arzulayıb. O, həmçinin Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin və tərəfdaşlığın iki ölkənin və xalqlarının maraqları naminə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Mərakeş Kralı VI Məhəmməd 50 yaşlı Fatimə Əl-Mənsurini hökumət başçısı vəzifəsinə təyin edib. O, ölkə tarixində bu vəzifəni tutan ilk qadın olub.
19:28 12.10.2026
Oxunuş sayı: 44