Polşa Starlink stansiyasındakı yanğında Rusiya izindən şübhələnir
Polşada Starlink stansiyasında baş verən yanğınla əlaqədar iki Türkiyə vətəndaşı Almaniyada saxlanılıb. Polşa hökuməti hadisənin Rusiya xüsusi xidmət orqanlarının təxribatı ola biləcəyini ehtimal edir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Hadisə sentyabrın 24-də Polşanın mərkəzi hissəsində, Qroyets şəhəri yaxınlığındakı Vola Krobovska yaşayış məntəqəsində yerləşən Starlink stansiyasında baş verib. Yanğın nəticəsində obyektin enerji təchizatı sisteminə və ehtiyat generatoruna ziyan dəyib.
Polşa hökumətinin açıqlamasına görə, yanğının Ukrayna ordusu da daxil olmaqla, müxtəlif istifadəçilərin internet xidmətlərini dayandırmağa yönəlmiş təxribat aktı olduğu ehtimal edilir.
Rəsmilər hadisənin arxasında Rusiyanın dayana biləcəyini düşünürlər. Bununla belə, hadisənin səbəbləri və saxlanılan şəxslərin mümkün iştirakı ilə bağlı yekun nəticə barədə məlumat verilməyib.
23:16 12.10.2026
Oxunuş sayı: 43