Cənubi Koreya ordusu təhlükəli tapşırıqları robotlara həvalə edəcək
Cənubi Koreya ordusu əməliyyatların səmərəliliyini artırmaq və təhlükəli ərazilərdə hərbçilərə olan ehtiyacı azaltmaq üçün süni intellektlə xüsusi təlim keçmiş humanoid və çoxayaqlı robotlardan istifadə edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Cənubi Koreyanın Müdafiə Nazirliyi Seulda ordunun süni intellekt texnologiyalarından istifadə imkanlarını genişləndirmək məqsədi daşıyan “Süni intellekt transformasiya mərkəzi” təşəbbüsü çərçivəsində mərasim keçirib.
Layihə çərçivəsində humanoid və çoxayaqlı robotlar sahə əməliyyatlarında istifadə olunmaq üçün süni intellekt modelləri vasitəsilə xüsusi təlim keçəcəklər.
Robotların təhlükəli ərazilərə materialların daşınması, partlayıcı sursatların zərərsizləşdirilməsi və minaların təmizlənməsi kimi işlərdə tətbiqi nəzərdə tutulur.
Bu yolla əməliyyatların səmərəliliyinin artırılması, eləcə də hərbi bölmələrin təhlükəli tapşırıqları birbaşa yerinə yetirmək zərurətinin azaldılması hədəflənir.
Bu məqsədlə ölkə üzrə beş “süni intellekt transformasiya mərkəzi” yaradılacaq.
05:32 13.10.2026
Oxunuş sayı: 51