Putin Lukaşenko ilə Moskvada görüşüb
Putin Lukaşenko ilə Moskvadakı iqamətgahında görüşüb
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin Moskvada yerləşən Novo-Oqaryovo iqamətgahında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Lukaşenko çərşənbə axşamı işgüzar səfərlə Rusiyaya gəlib. Hər iki prezidentin sabah keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirakı gözlənilir.
Putin xarici ölkə liderləri ilə qeyri-rəsmi görüşlərini tez-tez Novo-Oqaryovoda keçirir. İki ölkə lideri mütəmadi olaraq görüşür və telefonla əlaqə saxlayır.
Onların əvvəlki görüşündə İttifaq dövləti çərçivəsində əsas məsələlər, iqtisadiyyat, investisiyalar və beynəlxalq münasibətlərdəki vəziyyət müzakirə olunub.
22:37 10.11.2026
Oxunuş sayı: 40