Tibetdə buzlaq uçqunu: Təcili təxliyə hazırlığı başladı
Çinin Tibet bölgəsinin Gyirong ərazisində buzlaq kütləsinin gölə axması daşqın təhlükəsi yaradıb və bölgədə təxliyə hazırlıqlarına başlanılıb.
Crossmedia.az xəbər verir ki, “Anadolu Agentliyi” bu barədə məlumat yayıb.
Bildirilib ki, ərazidə baş verən uçqun nəticəsində təxminən 50 min kubmetr buzlaq kütləsi daşqın riski olan gölə tökülüb.
Yaranmış təhlükə səbəbindən bölgədə təcili təxliyə tədbirlərinə hazırlıq görülür.
14:56 28.08.2026
Oxunuş sayı: 41