Rutte: NATO ABŞ-ni Rusiya nüvə sualtı qayıqlarından qoruyur
NATO-nun baş katibi Mark Rutte alyansın ABŞ-nin müdafiəsində də mühüm rol oynadığını və Rusiya nüvə sualtı qayıqlarından qaynaqlanan təhlükələrə qarşı müdafiəni təmin etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Rutte bu barədə açıqlamasında Avropanın ayrıca ordusunun yaradılması məsələsinə də münasibət bildirib.
O qeyd edib ki, Avropa ordusunun yaradılmasına prinsip etibarilə qarşı deyil. Lakin bu ordunun mövcud milli ordulara əlavə olaraq formalaşdırılmasının idarəetmə sistemini həddindən artıq mürəkkəbləşdirə biləcəyini düşünür.
NATO baş katibinin sözlərinə görə, suverenliklə bağlı səbəblər və alyansın mövcud komanda-idarəetmə strukturu ayrıca Avropa ordusunun yaradılmasını zəruri etmir.
Rutte vurğulayıb ki, NATO ABŞ-nin təhlükəsizliyinin təmin olunmasında da həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, alyans Rusiya nüvə sualtı qayıqlarının ABŞ sahillərinə yaxınlaşması ilə bağlı təhlükələrə qarşı müdafiəyə töhfə verir.
O əlavə edib ki, NATO transatlantik məkanın, Avro-Atlantik regionun, Arktikanın və Avropanın təhlükəsizliyini təmin etməyə çalışır. Rutte bütün bunların ABŞ-nin da maraqlarına uyğun olduğunu bildirib.
18:07 14.10.2026
Oxunuş sayı: 54