Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Crossmedia.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
18:09 14.10.2026
Oxunuş sayı: 53