Bolqarıstanda 11 Starlink antenası yanaraq sıradan çıxıb
Bolqarıstanda Sofiya yaxınlığında mühafizə olunan ərazidə 11 Starlink antenası yanaraq sıradan çıxıb.
Crossmedia.az xəbər verir ki, “Novinite” nəşri bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə yerindəki 17 antenadan 11-i yanıb. Bu antenaların Ukraynanı da rabitə ilə təmin etdiyi bildirilir.
“Bəli, Bolqarıstan” (“Da, Bulgaria”) partiyasının nümayəndəsi İvaylo Mirçev bildirib ki, yanğını maskalı iki naməlum şəxs törədib.
Mirçev hadisəyə görə xüsusi xidmət orqanlarını tənqid edib və hakimiyyəti baş verənləri ictimaiyyətdən gizlətməkdə ittiham edib.
19:03 14.10.2026
Oxunuş sayı: 50