Tusk: Qarşıdakı 7-8 ay Ukrayna və region üçün kritik olacaq
Polşanın Baş naziri Donald Tusk qarşıdakı 7-8 ayın Ukrayna, Polşa və bütün regionun təhlükəsizliyi baxımından kritik dövr olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tusk bu barədə açıqlama verib.
Tuskun sözlərinə görə, Rusiyanın həm Ukrayna müharibəsində, həm də bütövlükdə regionda eskalasiyaya ciddi hazırlaşdığına dair siqnallar var. O, payız və qış aylarının Moskva üçün əsas dövrə çevrilə biləcəyini qeyd edib.
Baş nazir bildirib ki, müxtəlif ssenarilərə hazır olmaq lazımdır və Rusiya-Ukrayna müharibəsi dönüş nöqtəsindədir.
Tusk həmçinin müxtəlif kəşfiyyat xidmətlərinin qiymətləndirmələrinə əsasən, Rusiyanın təxminən 600 min nəfəri səfərbər etməyi planlaşdırdığını deyib.
12:31 29.08.2026
Oxunuş sayı: 57