Polşa Prezidenti Baş naziri qorxu yaratmaqda ittiham edib
Polşa Prezidenti Karol Navrotski Baş nazir Donald Tuskun Rusiya ilə mümkün müharibə mövzusundan siyasi reytinqini artırmaq üçün istifadə etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.
Navrotskinin sözlərinə görə, hökumət başçısının bu istiqamətdəki açıqlamaları Polşanın müttəfiqləri ilə münasibətlərinə də mənfi təsir göstərib.
Polşa prezidenti iddia edib ki, son altı ay ərzində Rusiyadan gələn təhlükənin səviyyəsində ciddi dəyişiklik baş verməyib. O, Tuskun müharibə ehtimalı ilə bağlı bəyanatlarının ölkədə qorxu yaratmağa və siyasi dəstəyini artırmağa xidmət etdiyini bildirib.
14:15 13.10.2026
Oxunuş sayı: 48