Azərbaycan Laosdan olan tələbələr üçün təqaüd sistemi təklif edib
Prezident İlham Əliyev Laosdan olan tələbələrin Azərbaycanda təhsil alması üçün təqaüd sistemi təklif edib.
Crossmedia.az-ın məlumatına görə, bunu İlham Əliyev Bakıda Laos Prezidenti Thonqlun Sisulitlə birlikdə mətbuat üçün bəyanatla çıxış edərkən bildirib.
Dövlət başçısı xatırladıb ki, Sovet İttifaqı dövründə Laosdan çoxlu tələbə Azərbaycanda təhsil alıb.
11:38 13.10.2026
Oxunuş sayı: 140