Nepalda daşqın təhlükəsi: Çin xəbərdarlıq etdi
Nepal hakimiyyəti daşqın nəticəsində yaranmış gölün daşması ehtimalı ilə bağlı Çinin xəbərdarlığından sonra vətəndaşları ayıq-sayıq olmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, “Kathmandu Post” bu barədə məlumat yayıb.
Nepal hakimiyyəti Çindən daşqın nəticəsində yaranmış bənd gölünün sahillərindən çıxa biləcəyi barədə xəbərdarlıq alıb. Hakimiyyət məlumatın hələ təsdiqlənmədiyini bildirib və vətəndaşları ehtiyatlı olmağa çağırıb.
Bundan əvvəl “CNN” Çinin Tibet Muxtar Rayonunun Gyirong dairəsində yeni torpaq sürüşməsi və ya daşqın ehtimalına görə axtarış-xilasetmə işlərini dayandırdığını bildirmişdi. Məlumata görə, Çinin Tibet Muxtar Rayonunda baş verən daşqın nəticəsində 3 nəfər ölüb, 558 nəfər isə itkin düşüb.
14:41 28.08.2026
Oxunuş sayı: 41