Azərbaycan və BƏƏ-nin birgə hərbi təlimi başlayıb
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələrinin aviasiyası və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə “Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.
Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya bazasında keçirilən mərasimdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və BƏƏ-nin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən general-mayor Zaur Rüstəmov təlimin əhəmiyyətini vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.
Bildirilib ki, müştərək taktiki-uçuş təlimi iki ölkə arasında imzalanmış “Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclasının Protokolu”na əsasən təşkil olunub.
Mərasim çərçivəsində iştirakçılara təlimin ssenarisi və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib. Daha sonra Azərbaycan Hərbi Hava Qüvvələrinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Qarşılıqlı hədiyyə mübadiləsi və xatirə fotosunun çəkilməsindən sonra iştirakçılar aviasiya vasitələrinə baxış keçiriblər.
18:33 12.10.2026
Oxunuş sayı: 53