Ər-Riyad hava limanına hücum: 1 nəfər öldü, 11 yaralı var
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Kral Xalid Beynəlxalq Hava Limanına növbəti hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb. Zərbə sərnişin terminallarına düşüb və ərazidə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinə istinadən Yaxın Şərq mediası məlumat yayıb.
Rəsmi məlumatda həlak olan şəxsin Pakistan vətəndaşı olduğu bildirilib. Yaralanan 11 nəfərin sağlamlıq vəziyyəti ilə bağlı isə hələlik əlavə məlumat açıqlanmayıb.
Məlumata görə, hücum iki sərnişin terminalına təsir edib. Hadisə yerində baş verən yanğınla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
Açar sözlər: Səudiyyə Ərəbistanı, Ər-Riyad, Kral Xalid Beynəlxalq Hava Limanı, hücum, Pakistan vətəndaşı, yaralılar, yanğın, aviasiya
16:38 12.10.2026
Oxunuş sayı: 53