Kadırov “Fəxri dəmiryolçu” adına layiq görüldü
Çeçenistan rəhbəri Ramzan Kadırov dəmir yolu nəqliyyatının inkişafına verdiyi töhfəyə görə “Fəxri dəmiryolçu” nişanı ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə məlumat yayıb.
Məlumata görə, mükafat Kadırova dəmir yolu nəqliyyatının inkişafına verdiyi mühüm töhfəyə və bu sahədə yüksək nəticələrin əldə olunmasına görə təqdim edilib. Nişanı Çeçenistan rəhbərinə “Rusiya Dəmir Yolları” şirkətinin baş direktorunun müavini İvan Kolesnikov verib.
Təltifetmə mərasimi Qroznı dəmir yolu stansiyasına Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun adının verilməsi ilə bağlı tədbir çərçivəsində keçirilib.
Sentyabrda Rusiya prezidenti Vladimir Putin stansiyaya Əhməd-Hacı Kadırovun adının verilməsi ilə bağlı müvafiq fərman imzalayıb.
16:56 12.10.2026
Oxunuş sayı: 50