Bakı Olimpiya Stadionundakı oyun avtobusların hərəkət sxeminə təsir edəcək
Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunla əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu səbəbdən 18 müntəzəm avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Dəyişikliyə əsasən, 24, 107, 118A, 118B, 131, 139, 148, 162, 163, 166, 173A, 173B, 197, 198, 204, 216, 217 və M8 nömrəli marşrutlar üzrə avtobusların hərəkəti yeni sxemlə təşkil olunacaq.
Sabunçu yol qovşağı istiqamətində avtobuslar Milli Həmrəylik küçəsinin kənar yolu, Ziya Bünyadov və Heydər Əliyev prospektləri ilə hərəkət edəcəklər. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində isə avtobuslar Heydər Əliyev prospektindən istifadə edəcəklər.
Qeyd edək ki, “Sabah” oktyabrın 13-də saat 20:45-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində Çexiyanın “Slaviya” klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
18:39 12.10.2026
Oxunuş sayı: 51