"Arsenal"ın iki futbolçusu zədələnib
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun futbolçuları Pyero İnkapye və Martin Subimendi zədələniblər.
Crossmedia.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu UEFA Çempionlar Liqasında Fransanın "Lill" klubuna qarşı keçiriləcək matçı buraxacaq.
Futbolçular İngiltərə Premyer Liqasında "Lids"ə 2:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadan sonra təşkil olunan məşq prosesində xəsarət alıblar. P.İnkapyenin zədəsinin daha ciddi olduğu ehtimal edilir. Oyunçuların bərpa müddəti tibbi müayinələrdən sonra bəlli olacaq.
Komandanın digər zədəli futbolçusu Uilyam Saliba isə fərdi məşqlərə başlasa da, tam hazır olması bir neçə həftə çəkəcək.
Qeyd edək ki, "Arsenal" - "Sabah" matçı yanvarın 28-də İngiltərədə baş tutacaq.
18:06 12.10.2026
Oxunuş sayı: 55