Tramp: Yaxın vaxtlarda Marsa insan göndərə bilərik
ABŞ Prezidenti Donald Tramp ölkəsinin yaxın zamanda Marsa insanlı missiya təşkil edə biləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-in "çox yaxın zamanda" Marsa pilotlu uçuş həyata keçirə biləcəyinə inandığını deyib.
O, bu istiqamətdə aparılan işlərin davam etdiyini vurğulayıb, lakin mümkün missiyanın tarixi və digər detallar barədə əlavə məlumat verməyib.
10:10 05.07.2026
Oxunuş sayı: 58