Çexiyanın baş naziri Ukraynaya ayrılan 377 milyard avronu gündəmə gətirib
Çexiyanın Baş naziri Andrey Babiş Avropanın Ukraynaya müharibənin davam etdirilməsi üçün deyil, ölkənin bərpasına vəsait ayırmasının daha məqsədəuyğun olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Çexiyanın ÇTK (ČTK) agentliyi bu barədə məlumat yayıb.
Babişin sözlərinə görə, Avropa İttifaqının münaqişə dövründə Ukraynaya ayırdığı 377 milyard avronun ölkənin yenidən qurulmasına yönəldilməsi daha faydalı olardı. O, bu fikirləri Lipnik-nad-Beçvou şəhərində keçirilən mitinq zamanı səsləndirib.
Çexiyanın baş naziri ABŞ administrasiyasının Rusiya ilə təmasları davam etdirdiyini, Avropa ölkələrinin isə Moskva ilə əlaqələri kəsdiyini bildirib. O, həmçinin Ukraynadakı münaqişədən silah istehsalçıları və bankların gəlir əldə etdiyini deyib.
Babiş sentyabrda Rusiyadan Baltikyanı ölkələrə mümkün hücum təhlükəsi yaranacağı təqdirdə Çexiyanın iki mexanikləşdirilmiş briqada göndərməyə hazır olduğunu açıqlamışdı.
20:53 03.10.2026
Oxunuş sayı: 57