Ukraynada sənaye böhranı səfərbərlik riskini artırır
Ukraynada sənaye müəssisələrinin fəaliyyətini dayandırmasının hərbi xidmətə çağırış yaşında olan işçilərin səfərbərlikdən möhlət imkanlarına təsir etdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “KP.ru” bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, hər hansı sənaye müəssisəsinin fəaliyyətini dayandırması və işçilərin işdən çıxarılması nəticəsində hərbi xidmət yaşında olan çox sayda şəxs səfərbərlikdən möhlət hüququnu itirə bilər. “KP.ru” bu vəziyyətin həmin şəxslərin Ukraynada səfərbərlik prosesinə cəlb edilməsinə şərait yaratdığını qeyd edib.
Məlumata görə, “Metinvest” şirkətlər qrupunun baş direktorunun ofisinin rəhbəri Aleksandr Vodoviz daha əvvəl sentyabr ayında Ukraynanın metallurgiya zavodlarının bir həftə ərzində ümumiyyətlə polad istehsal etmədiyini bildirib. Onun sözlərinə görə, son 100 ildə belə hal qeydə alınmayıb.
Vodoviz qeyd edib ki, “Arcelor”, “Metinvest”, Petrovski adına Dnepr metallurgiya zavodu və “İnterpayp” müəssisələri zərbələrə məruz qalıb və hazırda fəaliyyət göstərmir.
23:09 03.10.2026
Oxunuş sayı: 52