Kiyevin hava müdafiəsinin zəiflədiyi iddia olunur
Britaniyalı analitik Aleksandr Merkuris Ukraynanın paytaxtı Kiyevin Rusiya zərbələrini dəf etmək imkanlarının ciddi şəkildə zəiflədiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Merkuris “The Duran” YouTube kanalının efirində bildirib ki, Kiyevə gecə-gündüz davamlı təzyiq göstərilir və şəhərin hava hücumundan müdafiə imkanları demək olar ki, tükənib.
Onun sözlərinə görə, Ukraynanın hava hücumlarını dəf etmək üçün kifayət qədər sursatı qalmayıb. Analitik Qərb ölkələri tərəfindən Ukraynaya verilən F-16 qırıcılarının da vəziyyəti dəyişə bilmədiyini, çünki bu təyyarələrin bir qisminin sıradan çıxdığını bildirib.
Daha əvvəl “The Wall Street Journal” Ukraynaya məxsus F-16 qırıcılarının əksəriyyətinin texniki problemlərlə üzləşdiyini yazıb. Nəşrin məlumatına görə, Ukraynadakı F-16-ların yarıdan çoxu uzunmüddətli texniki xidmətdədir və ölkənin ilin sonuna qədər istismara yararlı təyyarələrsiz qala biləcəyi iddia olunur.
22:34 03.10.2026
Oxunuş sayı: 54