Ukrayna Rusiyanın peyk layihəsinə qarşı ABŞ-dən dəstək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hazırladığı və “Starlink”ə alternativ ola biləcək “Rassvet” peyk sisteminin yaradılmasında iştirak edən şirkətlərə qarşı ABŞ-nin sanksiyalar tətbiq etməsini istəyib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Zelenski müsahibəsində bildirib ki, Rusiya Çinin dəstəyi ilə “Rassvet” adlı peyk rabitə sistemini inkişaf etdirir. Onun sözlərinə görə, sistem bu ilin sonlarında və ya gələn ilin əvvəlində fəaliyyətə başlaya bilər.
Ukrayna Prezidenti hesab edir ki, yeni sistem Rusiya ordusuna pilotsuz uçuş aparatlarını daha effektiv idarə etməyə və zərbələrin dəqiqliyini artırmağa imkan verəcək.
Bu səbəbdən Zelenski Vaşinqtonu “Rassvet” layihəsində iştirak edən Rusiya və Çin şirkətlərinə qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.
22:08 03.10.2026
Oxunuş sayı: 48