Ukraynada döyüşən azərbaycanlı həlak olub
Ukraynada gedən döyüşlər zamanı uzun illərdir Joltıye Vodı şəhərində yaşayan azərbaycanlı Zaur Həbibov həlak olub.
Crossmedia.az xəbər verir ki, yerli mənbə bu barədə məlumat yayıb.
Məlumata görə, Zaur Həbibov 2014-cü ildən etibarən Ukraynanın şərqində keçirilən antiterror əməliyyatında (ATO) iştirak edib. O, 2022-ci ilin iyununda yenidən hərbi xidmətə qayıdıb.
Həbibov 10 sentyabr 2026-cı ildə Donetsk vilayətinin Drujkovka ərazisində döyüş tapşırığını yerinə yetirərkən itkin düşüb. Bir neçə gün əvvəl onun döyüşlər zamanı həlak olduğu rəsmi şəkildə təsdiqlənib.
21:02 03.10.2026
Oxunuş sayı: 42