Neftçalada Kür çayının qədim ana yatağının izləri aşkarlanıb
Neftçala rayonunun İkinci Mayak kəndi ərazisində Kür çayının qədim ana yatağının izləri üzə çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə yerli sakinlər məlumat veriblər.
Sakinlərin sözlərinə görə, ötən əsrin ortalarında Kür çayının bu hissəsində dərinlik bəzi yerlərdə 7 metrə çatıb. Ərazi həmin dövrdə mühüm su yolu kimi istifadə olunub.
1965-ci ildə burada 56 metr hündürlüyündə mayak inşa edilib. Mayak həmin illərdə çayla hərəkət edən gəmilərin istiqamətləndirilməsində mühüm rol oynayıb.
Hazırda ərazidə Kürün qədim ana yatağının izlərinin qalması bölgənin keçmişdəki su nəqliyyatı baxımından əhəmiyyətini göstərir.
19:58 03.10.2026
Oxunuş sayı: 43