Kimya zavodundakı yanğında ölənlərin sayı 5-ə çatıb
Moskva vilayətində yerləşən Krasnozavodsk Kimya Zavodunun ərazisində baş vermiş yanğının fəsadlarının aradan qaldırılması işləri başa çatıb. Dağıntıların sökülməsi zamanı 5 nəfərin meyiti aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, Maks messencerində Sergiyev Posad şəhər dairəsinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Aleksey Lujetski bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, yanğın nəticəsində həlak olanların yaxınlarına psixoloji yardım göstərilir. Eyni zamanda ərazidə havanın vəziyyəti monitorinq edilir.
Məlumata görə, havada zərərli maddələrin icazə verilən həddən artıq konsentrasiyası qeydə alınmayıb və Krasnozavodsk sakinləri üçün təhlükə müəyyən edilməyib.
Yanğın oktyabrın 2-də Moskva vilayətindəki kimya zavodunda baş verib. Alov təxminən 1000 kvadratmetr ərazini əhatə edib. Yanğının söndürülməsinə 200-ə yaxın xilasedici cəlb olunub.
19:25 03.10.2026
Oxunuş sayı: 68