Havay adalarında məşhur təbiət abidəsi uçdu
Havay adalarında 500 ildən çox yaşı olduğu bildirilən məşhur Holei dəniz tağı uçaraq Sakit okeana çöküb.
Crossmedia.az xəbər verir ki, "CNN" bu barədə məlumat yayıb.
Məlumata görə, təbii yolla formalaşan nəhəng qaya tağı Havay adalarının ən böyük və ən gənc adasının cənub sahilində, Vulkanlar Milli Parkının ərazisində yerləşib. Təxminən 27 metr hündürlüyündə olan tağ uzun illər bölgənin əsas təbiət abidələrindən biri hesab olunub.
Milli park xidmətinin məlumatına görə, Holei tağı təbii şəkildə yaranmasından 500 ildən çox vaxt keçdikdən sonra dağılıb və okeana çöküb.
Qeyd edək ki, bu ilin fevralında İtaliyanın Apuliya bölgəsində turistlərin maraq göstərdiyi “Aşiqlər tağı” adlı təbii qaya forması da uçmuşdu.
20:44 03.10.2026
Oxunuş sayı: 49