Britaniyada sionizmlə bağlı yeni qətnamə gündəmə gəlib
Britaniyanın Brayton şəhərində fəallar Sionizmin irqçiliyin bir forması kimi tanınmasını tələb ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat yayılıb.
Fəallar Böyük Britaniyada Yaşıllar Partiyasının konfransı qarşısında aksiya keçirərək sabah səsverməyə çıxarılacaq qətnaməyə dəstək nümayiş etdiriblər.
Qətnamədə sionizmin irqçiliyin bir forması kimi tanınması və partiyanın rəsmi olaraq antisionist mövqe tutması təklif olunur.
21:22 03.10.2026
Oxunuş sayı: 45