İordaniyada məşhur haker qrupunun üzvü tutulub
İordaniyada ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) bütün əməkdaşlarına aid məlumatların oğurlanmasında şübhəli bilinən haker qrupunun üzvü saxlanılıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, internetdə “Rey” ləqəbi ilə tanınan Seyf əd-Din Xader çərşənbə axşamı İordaniya hakimiyyəti tərəfindən saxlanılıb. O, hazırda FTB ilə əməkdaşlıq edir və digər qrup üzvlərinin müəyyənləşdirilməsinə kömək məqsədilə elektron cihazlarına və yazışmalarına müstəntiqlərin girişini təmin edir.
Xaderin saxlanılmasından sonra “ShinyHunters” haker qrupunun fəaliyyətində problemlər yarandığı bildirilir. Qrupun əlaqə kanalı əlçatmaz olub, həmçinin “darknet”dəki saytı yoxa çıxıb.
21:37 03.10.2026
Oxunuş sayı: 51