Zelenski: Rusiyada hərbi sənaye obyektləri hədəfə alınıb
Ukraynanın uzaqmənzilli silah imkanlarından istifadə etməklə son 24 saat ərzində Rusiyadakı bir sıra hədəflərə zərbələr endirildiyi açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə məlumat verib.
Zelenskinin sözlərinə görə, Samara vilayətində Rusiyanın hərbi sənayesinə xidmət edən obyektlər, Bryansk vilayətində isə “İsgəndər” raket sistemlərini idarə edən Rusiya qüvvələrinin mövqeləri hədəfə alınıb.
Ukrayna tərəfi zərbələrin uzaqmənzilli imkanlarla həyata keçirildiyini bildirib.
20:04 03.10.2026
Oxunuş sayı: 40