Avropanın Rusiya ilə münasibətlərində təhlükəli mərhələ başlayıb
Avropa İttifaqının Rusiya ilə qarşıdurmada təhlükəli həddi keçə biləcəyi və bundan sonra əvvəlki münasibətlərə qayıdışın mümkün olmayacağı barədə xəbərdarlıq edilib.
Crossmedia.az xəbər verir ki, Serbiyanın “Peçat” qəzeti bu barədə yazıb.
Qəzetin materialında qeyd olunur ki, hazırda Avropa ölkələri ciddi böhranla üzləşib. Nəşrin iddiasına görə, Rusiyadan gələn təhlükə ilə bağlı açıqlamalar daxili sabitliyi qorumağa yönəlib.
“Peçat” yazır ki, “Rusiya təhlükəsi” gündəmə gətirilərkən inflyasiya, əhalinin həyat səviyyəsinin aşağı düşməsi, demokratiyanın və media azadlığının əsas prinsipləri ilə bağlı narahatlıqlar kimi məsələlərin müzakirəsi arxa plana keçə bilər.
Nəşr hesab edir ki, Rusiya təhlükəsi ilə bağlı ritorikanın həddindən artıq sərtləşdirilməsi risk yaradır. Qəzet bunun Avropa ilə Rusiya arasında münasibətlərdə geri dönüşü mümkün olmayan bir “qırmızı xətt”in keçilməsinə səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirib.
Qeyd edək ki, Belarusun xarici işlər naziri Maksim Rıjenkov daha əvvəl Avropa ölkələrinin nümayəndələrini Rusiyanın nüvə triadasını nəzərə almağa çağırıb.
22:42 03.10.2026
Oxunuş sayı: 43