Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər
Azərbaycanlı modellər Fransanın paytaxtı Parisdə keçirilən "Fashion Culture Day in Paris"də kolleksiya təqdimatı ilə çıxış ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Yeni nəsil dizaynerlər "Fashion Culture Day in Paris"də Azərbaycanı ön plana çıxarıb", - paylaşımda bildirilib.
Səfirliyin dəstəyi ilə keçirilən dəb nümayişində Sevda Qadaşova, Aysel Hüseynova, Şəms Əbilsoy, Gülər Qurbanova, Anara Zakirli və Natəvan Əliyeva çıxış ediblər.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da tədbirə qatılıb.
22:47 03.10.2026
Oxunuş sayı: 43