Rusiya ordusu Ukrayna limanında yük gəmisinə zərbə endirib
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa limanında hərbi yük daşıdığı bildirilən quru yük gəmisinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, “Rusiya Müdafiə Nazirliyi” bu barədə “Maks” messencerində məlumat yayıb.
Məlumata görə, gəmi Ukraynaya hərbi təyinatlı yüklər çatdırıb. Rusiya Müdafiə Nazirliyi zərbənin pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyini bildirib.
Hərbi əməliyyatla bağlı digər təfərrüatlar açıqlanmayıb.
Rusiya Müdafiə Nazirliyi daha əvvəl Xarkov vilayətində bir neçə yaşayış məntəqəsi ətrafında Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərin davam etdiyini açıqlayıb. Nazirliyin məlumatına görə, “Şimal” qruplaşmasının hərbçiləri Prikolotnoye və Sosnovı Bor yaşayış məntəqələri uğrunda da döyüşür.
19:16 03.10.2026
Oxunuş sayı: 41