Nazir təhsil işçilərini təltif etdi
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər.
Crossmedia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisi təltif edilib.
18:50 03.10.2026
Oxunuş sayı: 114