Rusiya rəsmisi Ermənistanla bağlı mümkün ssenarini açıqlayıb
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın xarici siyasət istiqamətini dəyişməsinin ölkəni “yeni Ukraynaya” çevirə biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Medvedev bu fikirləri İran dövlət televiziyasına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, hazırda Rusiya ilə Ermənistan arasındakı münasibətlər sınaqdan keçirilir.
Rusiya rəsmisi bu məsələyə münasibət bildirərkən Gürcüstanın NATO-ya üzv olmaq istəyini də xatırladıb. O, həmin siyasətin müsbət nəticə vermədiyini iddia edib və Gürcüstanın hazırkı hakimiyyətinin bunun yanlış yanaşma olduğunu anladığını söyləyib.
Medvedev Ermənistanla bağlı “ən pis ssenarinin” ölkənin Ukraynaya bənzər vəziyyətə düşməsi olduğunu bildirib. O, Rusiyanın regional problemlərini müstəqil şəkildə həll etdiyini də əlavə edib.
Qeyd edək ki, Medvedev daha əvvəl Qərb və NATO üzərində qələbəni Rusiya üçün ən mühüm hadisə adlandırıb. O, Rusiyanın rəqiblərinin Ukraynadan “qoçbaşı” kimi istifadə etdiyini iddia edib.
23:42 03.10.2026
Oxunuş sayı: 44