Azərbaycanın U-20 millisi Moldovaya uduzub
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Crossmedia.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionundakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 6-da Yaponiya ilə qarşılaşacaq.
20:22 03.10.2026
Oxunuş sayı: 42