İspaniyada mənzil böhranı kütləvi etirazlara səbəb olub
İspaniyada mənzil böhranı və kirayə qiymətlərinin yüksək olması səbəbindən kütləvi etiraz aksiyaları davam edir. Təkcə Madrid şəhərində küçələrə təxminən 70 min nəfər çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters”məlumat yayılıb.
Valensiya şəhərində isə etirazçılarla polis arasında toqquşma baş verib. Nümayişçilər daşınmaz əmlakla bağlı konfransa daxil olmağa cəhd göstəriblər.
Aksiya iştirakçıları müddətsiz kirayə müqavilələrinin tətbiqini, mənzil kirayəsinin ucuzlaşdırılmasını və “fürsətçi investisiya fondları”nın əlində olan mənzillərin müsadirə edilməsini tələb edirlər. Araşdırmaya görə, 2025-ci ildə İspaniya sakinləri orta hesabla əməkhaqlarının 50 faizini mənzil kirayəsinə xərcləyiblər.
Etirazların yeni dalğasına 87 yaşlı Marikarmen Abaskalın mənzildən çıxarılması səbəb olub. O, kirayə haqqının kəskin artırılmasından sonra ödənişləri qarşılaya bilməyib. İctimaiyyətin etirazından sonra mənzilin sahibi olan şirkət kirayə haqqının azaldılması şərti ilə qadının mənzilə qayıtmasına razılıq verib.
Buna baxmayaraq, ölkədə etiraz aksiyaları davam edir.
22:01 03.10.2026
Oxunuş sayı: 50