Rusiya MN: Zaporojye yaxınlığında Ukrayna dron anbarına zərbə endirilib
Rusiya hərbçiləri Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının saxlanma və təminat mərkəzinə zərbə endirib.
Crossmedia.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, hücum “Geran-4” tipli uzaqmənzilli pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Zərbənin Zaporojye ərazisində Ukrayna Silahlı Qüvvələrinin (VSU) dronların daşınması və saxlanması üçün istifadə etdiyi logistika mərkəzinə endirildiyi bildirilib.
Qurum iddia edir ki, iki ədəd “Geran-4” PUA-sı ilə həyata keçirilən hücum nəticəsində hədəf vurulub və obyekt ərazisində yanğın baş verib. Məlumata görə, həmin mərkəz pilotsuz uçuş aparatları və onların ehtiyat hissələrinin təchizatı üçün istifadə olunurdu.
Rusiya tərəfi əməliyyatın uğurlu keçdiyini və logistik infrastrukturun zərər gördüyünü qeyd edib.
14:13 04.07.2026
Oxunuş sayı: 43