Xankəndi şəhərinə qayıdış başlayır
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu gün Xankəndi şəhərinə ilk köç baş tutacaq.
Xatırladaq ki, 2025-ci il noyabrın 19 və 26-da Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinə qayıdacaq ailələr arasında ilk köçlə bağlı püşkatma olub. Bunun nəticəsində ailələrin hansı bina və mənzillərdə yaşayacağı müəyyənləşib.
Daha sonra 2025-ci il noyabrın 27-də Xankəndi şəhəri, Kərkicahan qəsəbəsi və Məmmədbəyli kəndinə köçürülən ailələr arasında işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün maarifləndirmə tədbiri keçirilib.
Nəhayət, 2025-ci il dekabrın 20-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə ilk köç karvanı yola salınıb. Bu mərhələdə qəsəbəyə 115 nəfərdən ibarət 30 ailə köçürülüb.
06:06 21.01.2026
Oxunuş sayı: 1265