Litva Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Litva Prezidenti Gitanas Lauseda 20 Yanvar faciəsinin qurbanlarını yad edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "X" hesabında qeyd edib.
"Litva 1990-cı ilin yanvarında Sovet ordusunun təcavüzü zamanı şəhid olan günahsız insanların müqəddəs xatirəsi yad edilərkən Azərbaycanın yanında olduğunu bildirir. Sovet ordusunun təcavüzü Azərbaycan xalqının iradəsini sındıra bilmədi. Şəhidlərin ruhları şad olsun", - G.Lauseda vurğulayıb.
10:17 20.01.2026
Oxunuş sayı: 1132