Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana maye qaz tədarükü gözlənilir
Yaxın vaxtlarda Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana maye qaz tədarükü həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yaylb.
"Mayeləşdirilmiş təbii qaz bəzi problemlərə görə (İrandakı vəziyyət, "Yuxarı Lars"da tıxaclar) Azərbaycan ərazisindən dəmir yolu marşrutu ilə çatdırılacaq", - Ermənistanın İqtisadiyyat Nazirliyindən bildiriblər.
Qeyd olunur ki, maye qaz respublikaya ən qısa müddətdə çatdırılacaq.
17:47 19.01.2026
Oxunuş sayı: 957