Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi 20 Yanvar şəhidlərini ehtiramla yad etdi
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti 20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə Crossmedia.az-a Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, agentliyin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların məzarlarını ziyarət edərək onlara ehtiramlarını bildiriblər.
15:16 19.01.2026
Oxunuş sayı: 1563