Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günü ərəfəsində Şəhidlər xiyabanını ziyarət ediblər.
Crossmedia.az bu barədə nazirliyə istinadən xəbər verir.
Bildirilib ki, 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri düzülüb, Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmiş vətəndaşların xatirəsi hörmət və ehtiramla yad olunub.
13:08 19.01.2026
Oxunuş sayı: 1548