Mariya Zaxarova: Britaniyanın raket proqramı olmayacaq
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Britaniyanın müstəqil raket proqramına malik olmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Zaxarova bu fikirləri Beynəlxalq Gənclər Festivalında çıxışı zamanı səsləndirib və onun sözləri alqışlarla qarşılanıb. Rusiya diplomatının sözlərinə görə, SSRİ və Rusiya xüsusilə kosmik sahədə elmi inkişafı yeni mərhələyə çıxarıb.
Zaxarova bəzi ölkələrin Rusiyanı geridə qalmış ölkə kimi təqdim etdiyini, buna baxmayaraq Rusiya istehsalı olan raketlərdən istifadə etdiyini iddia edib.
18:19 16.09.2026
Oxunuş sayı: 46