Zaxarova Zelenskini Ladenlə müqayisə etdi
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Volodimir Zelenskinin fəaliyyətini terror təşkilatı “Əl-Qaidə”nin keçmiş lideri Üsamə bin Ladenin fəaliyyəti ilə müqayisə edib.
Crossmedia.az xəbər verir ki, “Rossiyskaya qazeta” bu barədə məlumat yayıb.
Zaxarova bildirib ki, əvvəllər Vaşinqton, London və digər NATO ölkələrinin paytaxtlarında bin Laden beynəlxalq sülh üçün təhlükə kimi təqdim edilirdi.Amma Zelenski bin Ladeni geridə qoyub. O, artıq hər yerdə özünü göstərib”, – deyə Zaxarova müsahibəsində bildirib.
Zaxarovanın sözlərinə görə, Zelenskinin fəaliyyəti terrorla əlaqəli xidmətlərin göstərildiyi “biznes modelinə” çevrilib. Rusiya rəsmisi onun terror aktları ilə bağlı sifarişlər qəbul etdiyini də iddia edib.
Qeyd edək ki, “Əl-Qaidə” Rusiyada terror təşkilatı kimi qadağan edilib.
19:07 06.09.2026
Oxunuş sayı: 59