Türkiyəyə hücumla bağlı İsrailə xəbərdarlıq edildi
Türkiyənin sabiq səfiri Cengiz Fırat İsrailin davam edən bombardmanlarının dayandırılmalı olduğunu bildirib və Türkiyəyə qarşı mümkün hərbi addımlardan çəkindirməyə çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Fıratın sözlərinə görə, İsrailin zərbələri seçkilərdən sonra da davam edərsə, bu, ölkənin bütün tərəflərlə müharibəni davam etdirmək niyyətində olduğunu göstərəcək.
“Əgər müharibə aparacağınız ölkələr sırasına Türkiyənin də əlavə olunmasını istəyirsinizsə, davam edin. Mən bunu qətiyyən tövsiyə etmirəm. Bu, çox düşünülməmiş və diplomatik olmayan yoldur”, – deyə Fırat bildirib.
14:49 19.08.2026
Oxunuş sayı: 50