Ermənistan ordusu "ölür": Qadın hərbçilərə tapşırıq verilib
Ermənistan Müdafiə Nazirliyinin orduda nizam-intizamı gücləndirmək məqsədilə yüksək rütbəli qadın hərbçiləri də mövqelərə göndərməyi planlaşdırdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Qraparak” qəzeti bu barədə məlumat yayıb.
Qəzetin məlumatına görə, qərar Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artması və nizamnamədənkənar münasibətlərlə bağlı müzakirələr fonunda gündəmə gəlib.
Ermənistanın müdafiə naziri Suren Papikyan daha əvvəl orduda kriminal subkultura ilə sistemli mübarizə aparıldığını bildirib. Onun qərarı ilə hərbi hissələrə zabit qruplarının ezam olunacağı açıqlanıb.
“Qraparak” yazır ki, bəzi yüksək rütbəli hərbçilər artıq vəziyyətin qaydaya salınması məqsədilə 1-2 aylıq müddətə sərhədyanı mövqelərə göndəriliblər. Məlumata görə, bu qərar qadın hərbçilərə də şamil oluna bilər və yüksək rütbəli qadın hərbçilərin də mövqelərə ezam edilməsi nəzərdən keçirilir.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin əvvəlindən ölkənin Silahlı Qüvvələrində 11 ölüm halı qeydə alınıb. Onlardan 5-i müddətli hərbi xidmət keçən hərbçilər olub.
12:15 19.08.2026
Oxunuş sayı: 55