Altayda dəhşət: Ayı turist qadına hücum etdi
Rusiya Altay Respublikasında turistlərin düşərgəsinə ayının hücumu nəticəsində bir qadın həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. Hadisə Artıbaş kəndində baş verib. Məlumata görə, yırtıcı qadını çadırdan çıxararaq meşəyə aparıb.
Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, ayının hücumuna məruz qalan qadın Novosibirsk sakini olub. Hadisə ilə bağlı araşdırma aparılır.
12:02 19.08.2026
Oxunuş sayı: 55