13:10 03.11.2026
Məktəbdən yayınan şagirdləri hansı cəza gözləyir?
148
Təhsil prosesində şagirdin dərsə davamiyyəti yalnız məktəbə gəlib-getməsinin qeydə alınması deyil, onun bilik və bacarıqlarının formalaşması, tədris proqramını mənimsəməsi və akademik nəticələrinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bəzən valideynlər və şagirdlər arasında belə bir fikir formalaşır ki, dərslərdə iştirak etməsə də, tədris ilinin sonunda müəyyən qaydada attestat almaq və ya avtomatik olaraq növbəti sinfə keçmək mümkündür. Halbuki təhsil prosesi yalnız ilin sonunda keçirilən imtahan və ya əldə olunan sənədlə məhdudlaşmır. Şagirdin il ərzində dərslərdə iştirakı, verilən tapşırıqları yerinə yetirməsi, biliklərinin yoxlanılması və qiymətləndirmə nəticələri də nəzərə alınır.