Yunus Oğuzun “Qara Yusif” romanı çapdan çıxıb
Tanınmış yazıçı-publisist Yunus Oğuzun Qaraqoyunlu dövlətinin hökmdarı Qara Yusifin həyat və fəaliyyətindən bəhs edən “Qara Yusif” adlı yeni tarixi romanı nəşr olunub.
Crossmedia.az xəbər verir ki, “Üç kitab bir romanda” konsepsiyası ilə təqdim olunan əsər üç hissədən ibarətdir.
Romanın birinci kitabı “Əmir Teymur və Qara Yusif”, ikinci kitabı “Qara Yusif və teymurilər”, üçüncü kitabı isə “Qara Yusif və teymurilər hökmdarı Şahruh” adlanır.
Əsərdə Qaraqoyunlu hökmdarı Qara Yusifin həyat yolu, siyasi fəaliyyəti, hakimiyyət uğrunda mübarizəsi və yaşadığı dövrün mühüm tarixi hadisələri əks etdirilib.
Yunus Oğuz romanda tarixi faktları bədii təhkiyə ilə birləşdirərək həmin dövrün siyasi mənzərəsini və tarixi şəxsiyyətlər arasındakı münasibətləri oxuculara təqdim edir.
12:00 13.11.2026
Oxunuş sayı: 38