Azərbaycanda itkin düşən 5 nəfər tapılıb
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 5 nəfər polis tərəfindən tapılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-də polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanları tərk etdiklərinə görə itkin düşmüş kimi axtarılan 5 nəfərin yeri müəyyən edilib.
Həmin şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
13:08 13.11.2026
Oxunuş sayı: 39